Avq 21, 2019 19:06 Asia/Baku
  • Bu gün, Məsciduləqsa-nın yandırılmasının əllinci ildönümü günüdür
    Bu gün, Məsciduləqsa-nın yandırılmasının əllinci ildönümü günüdür

Bu gün, 21 avqust, Məsciduləqsa-nın sionistlər tərəfindən yandırılmasının əllinci ildönümü günüdür. Bu gün Ümumdünya məscidlər günü adlandırılıbdır.

Səmavi dinlərin ən müqəddəs məkanlarından olan, müsəlmanların ilk qibləsi- Məsciduləqsa-nın 1969-cu il avqustun 21-də sionistlər tərəfindən yandırılması sionist rejimin cinayətləri barədə digər bir sənəd və Qüdsü işğal edənlər üçün əbədiyyətədək silinməz biabırçı bir ləkədir.

Sionist rejim bütün dünyada müsəlmanların hiddəti və nifrəti ilə üzləşən bu hadisəni Denis Maykl Rohann adlı Avstraliya əslli ekstremist yəhudi bir turistə aid etdi ki, o, zahiri bir məhkəmədə mühakimə, sonra da psixi xəstə olması iddiası ilə azad edilmiş olsun.

Məsciduləqsa-nın yandırılması macərasında məscidin tavanının azı 200 kvadratmetri tam şəkildə dağıldı. Məscidin günbəzi beş nöqtədə yandı və onun abidələrindən biri 800 il yaşı olan qədim bir mənbərlə yanaşı yanaraq, məhv oldu.

Hazırda əlli il keçəndən sonra sionist rejim hərbçiləri Məsciduləqsa-nın ətrafını mühasirəyə alıblar. Ekspertlərin sözlərinə görə, sionistlər tərəfindən məscidin zirzəmisində qazılmış tunellər onun dayaqlarını zəiflədibdir.

BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı- YUNESKO 2016-cı ildə bir qətnamə qəbul edərək, yəhudilərin Qüdsdəki müqəddəs məkanlar, xüsusən Məsciduləqsa ilə hər cür tarixi, dini və ya mədəni əlaqəsini rədd etdi və bu məkanı müsəlmanlar üçün müqəddəs məkan adlandırdı.

 

 

Teqlər

Şərhlər