Avq 26, 2019 20:46 Asia/Baku
  • İraq rəhbərləi xalq səfərbər qüvvələrin komandanları ilə görüşüblər

İraqın Həşdüşşəbi komandanlarından ibarət bir heyət bu gün İraqın prezidenti, baş naziri və parlament sədri ilə görüşüb.

İRİB-in verdiyi məlumata görə, İraq prezidenti Bərhəm Saleh, baş nazir Adil Əbdül-Məhdi və palament sədri Məhəmməd Əl-Həlbusinin iştirak etdiyi bu görüşdə terrorizm ilə mübarizədə son mexanizmlər araşdırılıb və terrorizmin məhv edilməsində və ölkənin terrorçulardan təmizlənilməsində Əl-Həşdüşşəbinin önəmli və prioritet rolu vurğulanıb. Bu iclasda Əl-Həşdüşşəbinin bəzi mərkəzlərinin hədəfə alınması mövzusu araşdırılıb.

İraq rəhbərləri Həşdüşşəbi qüvvələrinə hərhansı zərbənin İraq dövlətinin qırmızı xətti olduğunu bildirərək hökumətin bu xalq qüvvələrinə hərtərəfli dəstəyinə təkid ediblər.

İraq prezidenti ofisi həmçinin bildirib: Xalq səfərbər qüvvələrinin mövqelərinə hücum düşmən hərəkətidir və İraq hökuməti əlverişli seçimlərdən istifadə edərək regional və beynəlxalq təşkilatlar vasitəsi ilə hərəkətə keçmək və İraq təhlükəsizliyi və suverinliyini mühafizə etmək niyyətindədir.

İraqın xalq səfərbər qüvvələri təşkilatı dünən gecə bir bəyanatda bu qüvvələrin İraqın qərbində Əl-Ənbar vilayətində yerləşən mərkəzinə pilotsuz hücumunda sionist rejimin məsuliyyət daşıdığını bildirib. Bəyanatda deyilir ki, hücumu İraqın Suriya ilə sərhəddindən 15 kilometr məsafədə 2 ədəd İsrail pilotsuzu törədib.

ABŞ və sionist rejim İraqın xalq səfərbər qüvvələrinin regiondakı terrorçulara qarşı qələbələrindən sonra bu təşkilata təzyiqlərini artırıb.

 

Teqlər