Əbdulməhdi: Hər bir təcavüzə qətiyyətli cavab verəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347461-Əbdulməhdi_hər_bir_təcavüzə_qətiyyətli_cavab_verəcəyik
İraqın baş naziri ölkəsinin hər bir təcavüzə qətiyyətli cavab verməyə hazır olduğunu vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2019 04:30 Asia/Baku
  • Əbdulməhdi: Hər bir təcavüzə qətiyyətli cavab verəcəyik

İraqın baş naziri ölkəsinin hər bir təcavüzə qətiyyətli cavab verməyə hazır olduğunu vurğulayıb.

Adil Əbdulməhdi dünən İraq nazirlər şurasının iclasında bu ölkənin silahlı qüvvələrinin diplomatik korpusları, dövlət orqanlarını və xalqı müdafiə etməyə tam hazır olduqlarını bildirib. Deyib ki, İraq hər cür daxili və ya xarici təcavüzə qətiyyətli cavab verməyə hazırdır.

Əbdulməhdi bu iclasda İraq xalq səfərbər təşkilatı- Həşduşşəbi-nin silah anbarları və mərkəzlərinin qorunması üçün lazımi addımların atılmasına təkid edib.

İraq xalq səfərbər təşkilatı- Həşduşşəbi-nin tabeliyində olan hərbi qərargahlar son bir ayda dörd dəfə hücuma məruz qalıblar.

İraqlı rəsmilər bildiriblər ki, bu hadisələrdə Amerikanın və sionist rejimin əlləri var və bu kimi hücumların təkrar olacağı təqdirdə, onlarla mübarizə aparılacaqdır.