Yəmən Nəcran hava limanını raket atəşinə tutub
Sen 03, 2019 16:10 Asia/Baku
-
Yəmən Nəcran hava limanını raket atəşinə tutub
Yəmənin ordusu və xalq komitələri ərəbistanın cənubunda yerləşən Nəcran hava limanını bir neçə ədəd raketlə hədəfə alıblar.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, atılmış raketlər ballistik və "Bədr-1" tipindən olub. Bu raketlər əsas hədəfə dəydikdən sonra Nəcran hava limanında naviqasiyanın tətili ilə nəticələnibdir.
Yəmənin ordusu və xalq komitələri Əsir məntəqəsində də səud təcavüzkarların mövqelərini "Zəlzal-1" tipli bir ədəd ballistik raketlə hədəfə alıblar.
Yəmənin ordusu və xalq komitələri son aylar yerli raketlərlə təcavüzkar səud koalisiyasının mühüm mövqelərini hədəfə alıblar.