Əlhəşduşşəbi-nin sursat anbarı bombalanıb
Sen 10, 2019 14:31 Asia/Baku
Əlhəşduşşəbi qüvvələrinin İraqın Ələnbar vilayətində yerləşən bir sursat anbarı naməlum bir piotsuzun bombardmanına məruz qalıb.
İnformasiya mənbələri "Suməriyyə Nyus"a deyiblər ki, Əlhəşduşşəbi qüvvələrinin Ələnbar vilayətinin Hit şəhərində yerləşən sursat anbarındakı bu partlayışın mahiyyətinə əsasən, bu hadisə bir pilotsuz tərəfindən raketin atılmasından irəli gəlibdir.
Bu mənbələrin sözlərinə görə, bir neçə ədəd katyuşa da ətraf məntəqələrə atılıb və partlayıbdır.
Hələ bu sursat anbarında və ətraf məntəqələrdə ehtimal olunan tələfat və xəsarətin miqdarı barədə bir məlumat daxil olmayıbdır.