Ənsarullah hərəkatı baş katibinin qardaşını terror edən şəxs öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348389-Ənsarullah_hərəkatı_baş_katibinin_qardaşını_terror_edən_şəxs_öldürülüb
Yəmən milli qurtuluş dövlətinin daxili işlər nazirliyi bildirib ki, Yəmən Ənsarullah hərəkatının baş katibinin qardaşı İbrahim Bədrəddin Əlhusini terror edən əsas amil- Muhəmməd Əli Qaid Zavi öldürülübdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2019 04:42 Asia/Baku
  • Ənsarullah hərəkatı baş katibinin qardaşını terror edən şəxs öldürülüb
    Ənsarullah hərəkatı baş katibinin qardaşını terror edən şəxs öldürülüb

Yəmən milli qurtuluş dövlətinin daxili işlər nazirliyi bildirib ki, Yəmən Ənsarullah hərəkatının baş katibinin qardaşı İbrahim Bədrəddin Əlhusini terror edən əsas amil- Muhəmməd Əli Qaid Zavi öldürülübdür.

Yəmən Ənsarullah hərəkatının baş katibi Əbdulməlik Bədrəddin Əlhusinin qardaşı İbrahim Bədrəddin Əlhusi avqustun on birində təcavüzkar səud koalisiyasının muzdurları tərəfindən şəhid edildi.

Yəmən milli qurtuluş dövlətinin daxili işlər nazirliyi dünən gecə sonra bildirib ki, təhlükəsizlik orqanlarının təhqiqatı 54 yaşlı Zavinin səudiyyənin xəfiyyə orqanı ilə əlaqəsinin olduğunu sübut edibdir.

Ərəbistan son aylar ərzində hərbi və siyasi meydanlarda məğlub olduqdan sonra Yəməndəki muzdurlarından istifadə edərək, çirkin terror üsuluna əl atıbdır.