Ərəbistanın payı tənəzzül edib
Sen 15, 2019 21:26 Asia/Baku
-
Ərəbistanın payı tənəzzül edib
Ərəbistan birjası Yəmən pilotsuzlarının Aramko neft təsisatlarına qarşı hücumunun ardınca 2,3 faiz tənəzzül edib.
Ərəbistan birjasında tənəzzül son həftələrdə paylara yüksək qiymətlərin verilməsi, neftin aşağı qiyməti və iqtisadiyyatın perspektivindən nigarançılıqdan zərər çəkmiş səud paylarının bir neçə günlük süqutu prosesinin genişlənməsinə bais olubdur.
Ərəbistanın pay göstəricisi özünün builki bütün mənfəətini itirib və 9403 göstərici olmuş 2019-cu il rekorduna nisbətən 18 faiz aşağı düşübdür.
Bölgədəki digər birjalar da Yəmən pilotsuzlarının Aramko neft təsisatlarına qarşı hücumuna mənfi reaksiya veriblər. Belə ki, Küveytin pay göstərici bir faiz süqut edib və Dubayın pay göstəricisi də 0,8% aşağı düşübdür.