Yəmənli dronların səudların iqtisadiyyatına hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348713-yəmənli_dronların_səudların_iqtisadiyyatına_hücumu
Ərəbistanın neft hasilatının azalmasından sonra neftin qiyməti böyük artıma malik olub. Bu qiymət artımı yəmənli dronların ərəbistanın təcavüzkarlığına cavab olaraq səud iqtisadiyyatının ən mühüm dayağına qarşı əməliyyatından irəli gəlibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2019 11:55 Asia/Baku
  • Yəmənli dronların səudların iqtisadiyyatına hücumu
    Yəmənli dronların səudların iqtisadiyyatına hücumu

Ərəbistanın neft hasilatının azalmasından sonra neftin qiyməti böyük artıma malik olub. Bu qiymət artımı yəmənli dronların ərəbistanın təcavüzkarlığına cavab olaraq səud iqtisadiyyatının ən mühüm dayağına qarşı əməliyyatından irəli gəlibdir.

Yəmənli dronların Aramko şirkətinə qarşı hücumundan təqribən 48 saat sonra səudların iri ziyanları maliyyə bazarlarının yenidən açılmaları ilə aydınlaşdı. Səud payları BəqiqXaris-də Aramko-nun tabeliyində olan obyektlərdən iki zavodun hədəfə alınmasından sonra üç faiz azaldı və ərəbistanın ən böyük neftayırma şirkəti olan Sabik 49 faizlik ixracat azalması ilə üzləşdi.

Sabik şirkətinin payları da 3,5% miqdarında tənəzzül etdi. Digər tərəfdən, bəzi beynəlxalq məlumatlar Aramko-nun tam fəaliyyətinin bərpasının uzunmüddətli təxirindən söz açır.

Müsahibə: Yəmənin Ənsarullah hərəkatının baş katibi Əbdulməlik Bədrəddinə, Yəmənin ordusu və xalq komitələri qüvvələrinə təşəkkür edirik. Bu əməliyyat uşaqlara və qadınlara qarşı hücumlarla müqayisədə bir şey deyildir. Yəmən xalqı Firon və Qarun təkəbbürünə malik olan Muhəmməd bin Salmanın canına od salmaq üçün geniş tədbirlərin görülməsini istəyir.

Ərəbistan birjası göstəricilərinin süqutundan əlavə, bu hücum Fars Körfəzi ölkələri və ərəb ölkələrinin bazarlarına da mənfi təsir göstəribdir. Belə ki, Dubay göstəricisi 0,8% azalıb. Digər tərəfdən, Bəqiq və Xaris hücumlarının ardınca ərəb bazarları da bazar gününün sonunda xəsarətlə üzləşiblər.

Müsahibə: Səudların neftinin yarısı bu təsisatlarda istehsal olunur. Əgər bu təsisatlara və digər şirkətlərə qarşı daha çox hücumlar edilərsə, səudiyyənin iqtisadiyyatı və neft hasilatına və hətta dünya iqtisadiyyatına böyük təsir göstərmiş olar.

Müsahibə: Çox yaxşı xəbər idi. Bu xəbərin video təsvirini müşahidə edərkən çox sevindim. Bu qələbə Yəmənin mühasirəsinə rəğmən, bizim acılarımızı azaltdı.

Yəmənlilər vurğulayıblar ki, əgər ərəbistan onların hücumların dayandırılması, Yəmən xalqına qarşı mühasirənin ləğvinə dair tələblərinə müsbət cavab verməzsə, gələcək əməliyyatlar silsiləsi daha kəskin və daha geniş olacaqdır.