Səud təcavüzkarları Yəmənin şimalına artilleriya hücumu ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348801-səud_təcavüzkarları_yəmənin_şimalına_artilleriya_hücumu_ediblər
Səud təcavüzkarları bu gün səhər tezdən Yəmənin şimalında yerləşən Səədə əyalətinin əl-Zahir rayonunu artilleriya ilə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2019 06:02 Asia/Baku
  • Səud təcavüzkarları Yəmənin şimalına artilleriya hücumu ediblər

Səud təcavüzkarları bu gün səhər tezdən Yəmənin şimalında yerləşən Səədə əyalətinin əl-Zahir rayonunu artilleriya ilə hədəfə alıblar.

Yəmənli mənbələr bildiriblər ki, səud təcavüzkarlarının artilleriyası əl-Zahir rayonunda yəmənlilərin əkin sahələrini və yaşayış mənzillərini hədəfə alıbdır.

Bu gün səhər tezdən Yəmənin qərbində yerləşən əl-Hudəydə əyalətinin “Bəyt əl-Fəqih” rayonunda yerləşən əl-Cah məntəqəsi də səud təcavüzkarlarının raket və artilleriya hücumları hədəfinə çevriliblər.

Yəmənli mənbələrin bildirdiklərinə görə, bu hücumlarda onlarla mülki ölüb və yaralanıbdır.