Ərəb hökumətləri İslam Ümmətinin problemlərində məsuliyyət daşıyırlar
-
Ərəb hökumətləri İslam Ümmətinin problemlərində məsuliyyət daşıyırlar
Livan Hizbullahının baş katibi ərəb ölkələrinin öz məsuliyyətlərinin altından qaçmalarını sionist rejimin yaşamasının səbəblərindən adlandırıb.
Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən gecə Beyrutun cənub ətrafında yerləşən Seyyiduşşuhəda kompleksində vurğulayıb: Fars Körfəzi ətrafındakı ərəb hökumətləri və ərəb ölkələri İslam Ümmətinin və bölgənin əzab-əziyyətləri və problemlərində məsuliyyət daşıyırlar.
Livan Hizbullahının baş katibi eyni zamanda öz məsuliyyətlərinə əməl etmiş və İŞİD terrorçularının bölgədəki planlarını uğursuz qoymuş müqavimət mehvərinin qüdrətinə görə təşəkkür edib.
Livan Hizbullahının baş katibi sonra sionist rejim muzdurlarından olan Amir əl-Faxurinin Livana qayıtmasını pisləyib.
Amerikaya qaçmış sionist rejim casusu Amir əl-Faxuri ötən həftə Livana geri döndükdən sonra bu ölkənin təhlükəsilzik qüvvələri tərəfindən həbs olunub.
Həbs olunduqdan sonra sionist rejimlə həmkarlığını etiraf edən əl-Faxuri yetmişinci onilliyin sonlarında Livanın cənubunda əl-Xiyam təcridxanasının məsul şəxsi idi. O, sionist rejimlə həmkarlıq edərək, bu təcridxanadakı livanlı məhbusların işgəncə edilmələrində boyük rol oynayıbdır. O, öz cinayətlərinə görə, "əl-Xiyam cəlladı" kimi tanınır.