İraqın baş naziri: İsril regionda müharibə ardıncadır
Sen 30, 2019 20:43 Asia/Baku
İraqın baş naziri deyib: İsrail regionda müharibə ardıncadır.
İRNA-nın verdiyi məlumata görə, İraqın baş naziri Adil Əl-Məhdi deyib: İraqda Həşdüşşəbinin mövqelərinə qarşı son hücumlar bardədə həyata keçən tədqiqatların nəticələrinə görə bu hücumların amili sionist rejim olub.
Həşdüşşəbinin hərbi qərargahları son vaxtlar hücumların hədəfinə çevrildi.
Əbdülməhdi həmçinin region böhranlarının müzakirə yolu ilə həllinin vacibliyini vurğulayaraq deyib: Müharibə kölgəsini region üzərindən uzaqlaşdırmaq lazımdır.
Son günlərdə Ərrəyadda səfərdə olmuş İraqın baş naziri bu səfərdə məqsədin Fars körfəzində gərginliyi azaltmaq olduğunu deyib və bildirib: Yəmən böhranının həlli Fars körfəzində böhranın həllinin açarıdır.