Ə. Qəni komandasından A. Abdullahın sözlərinə reaksiya
-
Ə. Qəni komandasından A. Abdullahın sözlərinə reaksiya
Mohəmməd Əşrəf Qəninin seçki komandası sədrinin birinci müavini “Sabitlik və inteqrasiya” komandasının rəhbəri Abdullah Abdullahın sözlərinə reaksiya verib və onlardan istəyibdir ki, seçki komissiyasının nəticəni elan etməsinə icazə versinlər.
Əmrollah Saleh dünən gecə Kabildə keçirdiyi mətbuat konfransında bildirib ki, prezident seçkiləri nəticələrinin elan olunması məsuliyyəti Əfqanıstan müstəqil seçki komissiyasının üzərinə düşür.
O, üstüörtülü şəkildə Əşrəf Qənini seçkilərin qalibi adlandırıb, amma eyni zamanda deyibdir ki, seçki komandaları Əfqanıstan xalqının iradəsinə hörmət edərək, qanuna təslim olmalıdırlar.
Bundan öncə “Sabitlik və inteqrasiya” komandasının rəhbəri Abdullah Abdullah öz komandasını seçkilərin qalibi elan edərək, demişdi ki, bu komanda gələcək hökuməti təşkil edəcək.
O, rəqibinin komandasını mütəşəkkil saxtakarlıqda ittiham edib və seçki şikayətlərinə baxılması üzrə komissiyadan istəyibdir ki, onların sənədli şikayətlərinə baxsın.
Abdullah Abdullah nəticələrin seçki komissiyası tərəfindən elan olunmasını gözləyəciyini desə də, bildiribdir ki, onun komandası hökumətin təşkili üçün lazımi səsi əldə edibdir.
Əfqanıstan seçki komissiyası da bildiribdir ki, heç bir komandaya nəticələrin elan olunmasından öncə mühakimə yürütmək və özünü qalib elan etmək icazəsi verilmir.
4-cü Əfqanıstan prezident seçkiləri şənbə günü 13 namizədin, o cümlədən Əşrəf Qəni və Abdullah Abdullahın rəqabəti ilə 4756 seçki məntəqəsində keçirilib.
Əfqanıstan müstəqil seçki komissiyası bildirib ki, prezident seçkilərinin ilkin nəticələri oktyabrın 19-da, yekun nəticələri isə noyabrın 7-də elan olunacaqdır.