Okt 05, 2019 19:41 Asia/Baku
  • Yəmənin səhiyyə nazirliyi bu ölkədə insan faciəsi barədə xəbərdarlıq edib
    Yəmənin səhiyyə nazirliyi bu ölkədə insan faciəsi barədə xəbərdarlıq edib

Yəmənin səhiyyə nazirliyi bildirib ki, bu ölkənin mühasirəsi 54 aydır davam edir. Səud koalisiyası yanacaq daşıyan gəmilərin Əlhudəydə limanına daxil olmalarını əngəlləyərək, xəstəxanalar və müalicə mərkəzləri üçün ciddi problemlər yaradıbdır.

Yəmənin səhiyyə nazirliyi əlavə edib: Səud koalisiyası Yəmənə qarşı hava, dəniz və quru mühasirəsini davam etdirir. Bu hərəkətlər aviazərbələrin kənarında səhiyyə şəraitini ağırlaşdırıbdır.

Bu açıqlama Yəmənə yanacaq girişinin əngəllənməsini azı yüz minlərlə xəstənin edam hökmünə bərabər tutaraq, vurğulayıb: Hər gün onlarla nəfərin mübtəla olduğu vəba, malyariya, qrip və denge qızdırmasının müalicəsi başda yanacaq olmaqla lazımi imkanlara böyük ehtiyac duyur.

Təcili yardım xahişi ilə dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edən Yəmənin səhiyyə nazirliyi onlardan istəyibdir ki, yanacaq daşıyan gəmiləri azad etməsi üçün səud koalisiyasını təzyiq altında qoysunlar. Yəmənin səhiyyə nazirliyi bildirib ki, BMT-nin bu gəmiləri təftiş etdiyinə görə, daha onların müsadirəsi üçün bir bəhanə qalmayıbdır.

Səud koalisiyası indiyədək Yəmən sahillərində yanacaq daşıyan 9 gəmini müsadirə edərək, onların limanlara tərəf hərəkət etmələrinə mane olubdur.

 

 

Teqlər