Okt 19, 2019 09:01 Asia/Baku
  • Livanda onlarla etirazçı həbs edilib

Livan mənbələri bu ölkədə son xalq etirazlarında onlarla adamın saxlanıldığını bildiriblər

Livan mediyaları dünən axşam təhlükəsizlik mənbələrinə istinadən 52 livanlı təhlükəsizlik əməkdaşının yaralanmasından , 70 etirazçının isə saxlanılmasından xəbər veriblər. 

Həmin mənbələrin bildirdiklərinə görə,həbs edilənlər dünənki etiraz aksiyalarında dövlət əmlakına ziyan vuranlar və təxribatçı hərəkətlərə əl atanlar olublar. 

Livanın müxtəlif şəhərləri o sıradan paytaxt Beyrut son günlər baş nazir Səd Həririnin iqtisadi siyasətlərinə qarşı xalq etirazlarının şahididir. 

Livan prezidenti Mişel Oun etirazçılardan ibarət bir qrup ilə görüşündə deyib: Xalqın əzablarını azaltmaq üçün əlindən gələni edəcəkdir. 

Teqlər