Noy 02, 2019 13:41 Asia/Baku
  • İraq parlamentinin sədri mərəcəiyyətin həll yoluna tam şəkildə sədaqətə təkid edib

İraq parlamentinin sədri böhrandan çıxış üçün bu ölkənin ali mərcəiyyətinin yol xəritəsinə sədaqətə təkid edib.

Muhəmməd Əlhəlbusi dünən Əliraqiyyə telekanalı ilə müsahibədə deyib ki, İraq parlamenti mərcəiyyətin yol xəritəsini tez bir zamanda icra etməyə çalışacaq.

Əlhəlbusi əlavə edib: İraq parlamenti düzəlişə ehtiyac olan hallar və zəif cəhətlərin təyin edilməsi üçün universitet müəllimləri, elitlər və aksiyaçıların nümayəndələrinin iştirakı ilə, bir şəxs və ya bir partiyanın nəzərləri tətbiq edilmədən, regional və beynəlxalq xarici təzyiqlər göstərilmədən səy edəcəkdir.

İraqın ali dini mərcəyi Ayətullah Seyyid Əli Sistani dünən bir bəyanatda bu ölkədəki etirazlar çərçivəsində pozucu hərəkətlərə son qoyulmasını istəyib. Bəyanatda deyilir: Öz ölkəsinin siyasi və idari quruluşunun parlament seçkiləri və əsas qanun referendumunun keçirilməsi yolu ilə seçilməsində İraq xalqınn iradəsinə hörmət mərcəiyyətin təkid etdiyi bir əsasdır.

 

Teqlər