İraqın baş naziri istefasını parlamentə təqdim edib
-
İraqın baş naziri istefasını parlamentə təqdim edib
İraqın baş naziri istefasını parlamentə təqdim etdikdən sonra, deputatlardan dərhal onu əvəz edəcək şəxsi seçmələrini istəyib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Adil Əbdül-Məhdi öz istefasını rəsmən ölkə parlamentinə təqdim etdikdən sonra, nazirlər kabinetinin iclasında etdiyi çıxışında deyib: Hökumət daxili və xarici baxımdan son dərəcə mürəkkəb bir şəraitdə idarəçiliyi öz üzərinə götürdü və bir ildən sonra bu gün son nöqtəyə çatıb və artıq başqa bir hökumət onu əvəz etməlidir.
Adil Əbdül-Məhdi deyib ki, onun başçılıq etdiyi hökümət son bir il ərzində İraq ilə dünya və region ölkələri arasındakı əlaqələrin yaxşılaşması, eləcə də müxtəlif sahələr xüsusiylə də neft sektorunda korrupsiya ilə mübarizədə uğurlu addımlar atıb.
İraqın istefa vermiş baş naziri deyib: Parlament mənin istefamla razılaşarsa ölkənin idarəçiliyini hökumətin məsulu öz üzərinə götürəcək.
Əbdül-Məhdi deyib: İraqın ali dini mərcəiyyətinin bəyanatını və ölkənin qarşı-qarşıya durduğu ağır şəraiti nəzərə alaraq öz vəzifəsindən istefa vermişdir.
Əbdül-Məhdi, başçılıq etdiyi hökumətin xalqın qanının tökülməməsi üçün əlindən gələni etdiyini bildirərək deyib: Bir qrup, xalqın etirazlarını iğtişaşa çəkdi.
İraqda etiraz askiyalarının yeni mərhələsi 25 oktyabrdan start götürüb. Ölkə daxilindəki bəzi mütəşəkkil ünsürlər Səudiyyə Ərəbistanı, Amerika və sionist rejimin dəstəyi ilə xalqın dinc aksiyalarını küçə iğtişaşlarına yönəldiblər.