İraq parlamenti yeni seçki qanununu qəbul edib
Dek 06, 2019 08:40 Asia/Baku
-
İraq parlamenti yeni seçki qanununu qəbul edib
İraq parlamenti yeni seçki qanunu və onun keçirilməsi prosesinə nəzarət barədə layihə qəbul edib.
İraq parlamentinin üzvləri həmçinin bu ölkənin seçki komissiyasını buraxaraq, onun üzvlərini təqaüdə göndəriblər.
Belə bir halda, İraq parlamentinin sədri Muhəmməd Əlhəlbusi bu ölkə seçkiləri üzrə yeni komissiyanın üzvlərinin seçilməsi tərzi ilə bağlı deyib ki, bu komissiyanın üzvləri məhkəmə hakimlərinin arasından və püşk əsasında seçiləcəklər.
İraq son həftələrdə aksiyalar və çaxnaşmaların şahidi idi. Bu aksiyalar öncə korrupsiya ilə mübarizə, iqtisadi islahatların aparılması və ictimai xidmətlərin genişləndirilməsi tələbləri ilə başlandı, amma getdikcə siyasi tələblər onlara əlavə olundu.