Sionistlər "qayıdış haqqı" yürüşü iştirakçılarına hücum ediblər
-
Sionistlər "qayıdış haqqı" yürüşü iştirakçılarına hücum ediblər
Fələstin mənbələrinin bildirdiyinə görə, sionistlərin Qəzzə sərhədlərində 83-cü "qayıdış haqqı" yürüşü iştirakçılarına hücum etməsi nəticəsində 6 fələstinli yaralanıb.
Əl-Əhd xəbər portalının məlumatına görə, Qəzzə zolağının sərhəd məntəqəsində 83-cü "qayıdış haqqı" yürüşü minlərlə fələstinlinin iştirakı ilə keçirilib.
Sionist rejim hərbçiləri əvvəlki həftələrdə olduğu kimi silahlardan atəş açmaq və gözyaşardıcı qazdan istifadə etməklə bu dinc aksiyanı dağıtmağa çalışıblar.
Bu dinc aksiyalar üç həftə fasilədən sonra yenidən başlanıb.
Təllal Əbuzərifə... Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhəninin rəhbərlərindən: Yürüşlərin bir neçə həftə dayanması fələstinlilərin geri çəkilmələri demək deyildir. Biz öz məqsədlərimizə çatmaq üçün yürüşlərimizi davam etdirəcəyik.
İsmail Rizvan, Həmas-ın rəhbərlərindən: Mülkilərə qarşı hər cür ağılsız hərəkət barədə sionist rejimə xəbərdarlıq edirik. Biz öz məqsədlərimizə çatanadək yolumuzu davam etdirəcəyik.
Xizr Həbib- Fələstin İslami Cihad Hərəkatının liderlərindən: Qayıdış yürüşü bizim haqqımızdır və davam edəcək. Bizim öz baxış və fikirlərimizi azad şəkildə elan etməyə haqqımız var. Fələstinlilər öz müraciətlərini bütün dünya xalqlarına çatdırmaq üçün yürüşlərdə iştirak edəcəklər.
Qayıdış haqqı yürüşləri 2018-ci il 30 martdan start götürüb. Son 19 ay ərzində keçirilən yürüşlərdə 54 uşaq və 6 qadın daxil olmaqla 316 fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib və 32192 fələstinli də müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Digər tərəfdən, sionist İsrail hərbçiləri cümə günü Fələstin Muxtariyyətinə bağlı "Fələstin TV" kanalının dörd müxbirini həbs edib və telekanalın Qüdsdəki ofisini bağlayıblar.
İşğalçı rejim müxbirləri həbs etməklə öz cinayətlərini ört-basdır etməyə çalışır.