Ali-Xəlifə 30 Bəhreyn vətəndaşını həbs edib
Dek 12, 2019 12:09 Asia/Baku
Ali-Xəlifə rejiminin məhkəməsi boş iddialarla 30 Bəhreyn vətəndaşını həbs edib və onlara ömürlük həbs cəzası verib.
Ali-Xəlifə rejiminin məhkəməsi dünən gecə “terror təşkilatı yaratmağa səy” kimi puç ittihamla səkkiz Bəhreyn vətəndaşını ömürlük həbsə və yüz min dinar nağd cəzaya məhkum edib.
Bəhreyn məhkəməsi bu iş üzrə yeddi digər müttəhimi də on il həbsə və yüz min dinar nağd cəzaya, bir nəfəri on beş, dörd nəfəri beş, doqquz müttəhimi isə bir, bir müttəhimi də üç il həbsə məhkum edib.
Bu Bəhreyn vətəndaşları “14 fevral” koalisiyası və “Əlvəfa Əlislami” qruplarında üzvlüyə görə həbs və mühakimə olunublar.
Bəhreyn 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabı səhnəsidir.