Qayıdış haqqı yürüşündə onlarla mülki yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354392-qayıdış_haqqı_yürüşündə_onlarla_mülki_yaralanıb
Sionist hərbçilərin "Qayıdış haqqı" yürüşündə iştirak edənlərə hücumunda onlarla mülki yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2019 05:52 Asia/Baku
  • Qayıdış haqqı yürüşündə onlarla mülki yaralanıb

Sionist hərbçilərin "Qayıdış haqqı" yürüşündə iştirak edənlərə hücumunda onlarla mülki yaralanıb.

85-ci "Qayıdış haqqı" yürüşü "Əlxəlil yəhudiləşdirmək qarşısında təslim olmayacaq!" şüarı ilə keçirilib.

Fələstin səhiyyə nazirliyi bildirib ki, sionist hərbçilər ötən cümələrdə olduğu kimi gözyaşardıcı qaz və güllələrdən istifadə edərək, fələstinlilərin dinc aksiyasını yatırıblar və bu zaman azı otuz fələstinli yaralanıb.

"Qayıdış haqqı" yürüşü 2018-ci ilin martından başlanıb. İndiyədək bu aksiyalarda 327 fələstinli şəhid olub, minlərlə nəfər də yaralanıbdır ki, onlardan yüzlərlə nəfərin vəziyyəti ağır elan olunubdur.