2019-cu ildə sionistlər 149 fələstinlini şəhid ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355136-2019_cu_ildə_sionistlər_149_fələstinlini_şəhid_ediblər
Fələstinli Şəhidlər Ailələrinin Milli Assambleyası bir bəyanatda bildirib ki, 2019-cu ildə sionist hərbçilər tərəfindən Qəzzə zolağı, İordan çayının qərb sahili və işğal edilmiş Qüdsdə 149 fələstinli şəhid edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2020 05:41 Asia/Baku
  • 2019-cu ildə sionistlər 149 fələstinlini şəhid ediblər

Fələstinli Şəhidlər Ailələrinin Milli Assambleyası bir bəyanatda bildirib ki, 2019-cu ildə sionist hərbçilər tərəfindən Qəzzə zolağı, İordan çayının qərb sahili və işğal edilmiş Qüdsdə 149 fələstinli şəhid edilib.

Fələstinli Şəhidlər Ailələrinin Milli Assambleyası dünən bu statistikanı verərək, qeyd edib ki, həmin şəhidlərdən otuz üç nəfər uşaqdır.

Fələstinli Şəhidlər Ailələrinin Milli Assambleyasının bildirdiyinə görə, fələstinlilərdən 112 nəfər Qəzzə zolağında şəhid edilibdir.

Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə məzlum fələstinliləri şəhid edir və ya yaralayır və həbs edirlər.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejimin quru, dəniz və hava mühasirəsi altındadır və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.