Bəsrə səfərbər qüvvələri şəhidlərinin davamçıları amerikanların İraqdan qovulmalarına təkid ediblər
-
Bəsrə səfərbər qüvvələri şəhidlərinin davamçıları amerikanların İraqdan qovulmalarına təkid ediblər
İraqın Bəsrə vilayətinin səfərbər qüvvələri şəhidlərinin xalq tərəfindən son mənzilə yola salınması mərasimi bu ölkənin cənub vilayətinin mərkəzində köçəri tayfaların, həmçinin siyasi və dini təbəqələrin nümayəndələrinin iştirakı ilə keçirilib.
İraqın cənubunda yerləşən Bəsrə şəhərinin sakinləri bu ölkənin xalq səfərbər qüvvələrinin Əlqaim şəhərindəki bazasının amerikalı qüvvələr tərəfindən bombalanması cinayətinin iki şəhidinin cənazəsini son mənzilə yola salıblar. Onlar vurğulayıblar ki, amerikalılar tez bir zamanda İraq ərazisini tərk etməlidirlər.
Mərasim iştirakçıları bildiriblər ki, Amerikanın təcavüzü iraqlıları Birləşmiş Ştatların hegemonçuluğu qarşısında müttəfiq edibdir.
Əlrafidəyn mədəniyyət müəssisəsinin sədri Lah Əlbətat bu barədə deyib:
Amerikanın bu hücumu əslində bir daha bu məsələyə aydınlıq gətirdi ki, xalq səfərbər qüvvələri Amerikanın və dünya zalımlarının vahiməyə düşdükləri bir qüvvədir.
İraqın din alimlərindən olan Şeyx Həmid Əlhələfi də deyib: Biz xalq səfərbər qüvvələrin tərəfdarları kimi bu qüvvələrə deyirik ki; var gücünüzlə onlara hücum edin. Bu gün İraqın suverenliyi, həmçinin işğalçılığa böyük bir “yox!”, Amerikaya- yox!, sionist rejimə- yox! və xarici müdaxilələrə-yox! günüdür.
Həşduşşəbi şəhidlərinin ailələri bildiriblər ki, övladlarının vətənin müdafiəsi yolundakı canfəşanlıqları onlar üçün iftixar mənbəyidir. Onlar həmçinin amerikan qüvvələrə vəd ediblər ki, övladlarının qanlarının intiqamını almaq üçün qətiyyətli cavab verəcəklər.
Şəhid Əli Əlbəxitavinin qardaşı Heydər Əlbəxitavi bu haqda Əlaləm-ə deyib:
Əli cihad fitvasının əvvəlindən bu anadək “Cərf Əlsəxrdən Əlqaimədək” bütün məkanlarda olub. Bir dəfə bir partlayış baş verdi və ona zərər vurdu. Ondan istədik ki, daha kənara çəkilsin, amma o, qəbul etmədi və dedi: Mən yalnız şəhadəti istəyirəm. Amerikalıların özləri İŞİD-çidirlər və biz İmam Əli(ə)-ın şiələri başıuca qalacaq və təslim olmayacağıq.
Bəsrə vilayətində Həşduşşəbi Şurasının sədri Əmmar Fars da deyib:
İraqda nə Amerikanın bazaları qalacaq, nə də ki, ABŞ-ın şər işlər səfirliyi. Amerikalılar dünya xalqları və ölkələri üçün şər işlər mənbəyidirlər və nəticədə İmam Xomeyni(r.ə)-in sözlərinə görə, bu xərçəng şişinin kökü kəsilməlidir.
Şəhid Rza Əbdulhusəynin yaxınlarından olan Fatimə Husəyn də bir mesajda amerikalılara xitabən deyib:
Ey qəsbkar işğalçı, çıx get! Sizdən heç bir xeyir görmədik. Zəifləri himayə üzrə apardığınız bütün bu təbliğatlar və etdiyiniz bəhanələr nədir? Siz amerikalılar hara, zəifləri himayə hara? Siz bizim iftixarımız və başıucalığımız mənbəyi və İraq xalqına aid olan bir şeyi, müqəddəs xalq səfərbər qüvvələrini bombaladınız.
Son mənzilə yolasalma mərasiminin iştirakçıları amerikalı qüvvələrin İraqdan qovulacaqları zamanadək xalq təzyiqlərinin davam etdirilməsi vacibliyini vurğulayıblar. Onlar həmçinin ABŞ-ın Bağdaddakı səfirliyi önündəki aksiya və piketlərə öz dəstəklərinə təkid ediblər.