Seyid H.Nəsrullah: General Süleymaninin şəhadəti Yaxın Şərqdə yeni tarixin başlanğıcıdır
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutun Zahiyə məntəqəsində etdiyi çıxışında bəyan edib ki, 2020-ci il yanvarın 3-ü Sərdar general Qasım Süleymaninin şəhadəti Yaxın Şərq regionunda yeni tarixin başlanğıcı kimi yadda qalacaqdır.
İran-Pressin məlumatına əsasən, cənab Nəsrullah İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Qüds Briqadasının komandanı Qasım Süleymaninin və İraqdakı Xalq Səfər Qüvvələri Həşd-Şəbinin komandan müavini Əbu-Mehdi Əl-Mühəndisin şəhadətinin anım mərasimində etdiyi çıxışında hər iki komandanın şəhidlik zirvəsinə yüksəlməklə öz arzularına çatdıqlarını vurğulayıb.
Ordu generalı Qasım Süleymani və Əl-Mühəndisin həyatına qarşı sui-qəsdin Trampın göstərişi əsasında yerinə yetirilməsini aşkar cinayət kimi səcəyyələndirən Hizbullah lideri deyib: Müqavimətin Suriya, Livan, Fələstin, İraq və Yəməndə qazandığı qələbələr, eləcə də ABŞ-da prezident seçkilərinin yaxınlaşması amerikalıları general Süleymanini terror etməyə həvəsləndirdi.
Onun sözlərinə görə, Birləşmiş Ştatların İran qarşısında məğlubiyyəti də Amerikanın terror aktını törətməsində təsirsiz olmamışdır. "Trampın məqsədi İran İslam Respublikası dövlətini devirmək, və ya ən azı onu diz çökdürmək və müxtəlif məsələlər barədə onunla razılığa gəlmək idi. Lakin bu məqsədlərin heç birinə nail olmadı"-deyə Hizbullah lideri əlavə edib.
Müqaviməti məhdudlaşdırmaq üçün ABŞ-ın bütün cəhdlərinin fiaskoya uğradığını söyləyən Nəsrullah qeyd edib ki, Tramp yaxşı anlayır ki, İranla müharibə çox böyük bir avantüradır.
Hizbullah lideri onu da vurğulayıb ki, Şəhid Qasım Sülemaninin terror edilməsi Müqavimət mühvərinin məsələsidir. Bəzən deyilir ki, Müqavimət Şəhid Süleymaninin səviyyəsində olan birisindən qisas alsın. Halbuki bu şəhidlə bərabərlik edən bir şəxs yoxdur. Konkret olaraq Trampın başı Qasım Süleymaninin ayaqqabısı həddində belə deyil. Bu səbəbdən ədalətli qisas ABŞ-ın regiondakı məşum mövcudiyyətinə son qoymaq olardı.