Yan 05, 2020 20:11 Asia/Baku
  • İraq parlamenti ABŞ qüvvələrinin bu ölkədən çıxarılmasına səs verdi
    İraq parlamenti ABŞ qüvvələrinin bu ölkədən çıxarılmasına səs verdi

İraq parlamenti yanvarın 5-də keçirdiyi növbədənkənar sessiyada ABŞ qüvvələrinin İraqdan çıxarılmasını nəzərdə tutan qanun layihəsini yekdilliklə təsdiqləyib.

Fars Xəbər Agentliyinin məlumatına əsasən, İraqaın qanunvericilik orqanı ölkə əhalisinin tələbləri əsasında ABŞ qüvvələrinin İraqın milli hakimiyyətini pozaraq Qüds Briqadasının komandanı general Süleymani və Həşd-Şəbi komandanının müavini Əbu-Mehdi Əl-Mühəndisi şəhid etmələrinə etiraz əlaməti olaraq təcili iclas keçirib. 

İclasın əvvəlində millət vəkillərinin "ABŞ-a ölüm!" və "Sionist İsrailə ölüm" şüarları verdikləri bildirilir. 

Xatırladaq ki, parlamentin iclası başlanarkən baş nazirin səlahiyyətlərini icra edən Adil Əbdül-Mehdi ABŞ qüvvələrinin dərhal İraqı tərk etmələrinin zərurətindən danışıb. 

Teqlər