Əynuləsəd bazasının radar sistemi tam şəkildə məhv edilib
İraqda bir məsul mənbə bildirib ki, bu ölkənin Ələnbar vilayətində yerləşən Əynuləsəd amerikan bazasının radar sistemi Sepah-ın raket hücumundan sonra tam şəkildə məhv olubdur.
Bu hərbi mənbə söyləyib: Amerika ordusunun hava hücumundan müdafiə sistemi Sepah-ın raketlərini izləməkdə uğursuz qalan gün bu bazanın həssas nöqtələri hədəfə alındı.
Bir sionist müxbir də çərşənbə günü 224 amerikalı yaralı hərbçinin müalicə üçün Təl-Əvivə köçürülməsindən xəbər verdi.
Bu sionist jurnalist tvitter-də bildirib ki, İranın raket hücumu nəticəsində yaralanmış 224 amerikalı hərbçi Amerika təyyarəsilə Təl-Əvivə köçürülərək, xəstəxanaya yatırılıb.
Sepah dünən səhər Amerika hökumətinin general-leytenant Qasem Soleymanini terror etmək üzrə hərəkətinə cavab olaraq, onlarla raketlə bu ölkənin İraqın Ələnbar və Ərbil vilayətlərində yerləşən hərbi bazalarını hədəfə aldı.
Sepah-dakı məlumatlı bir mənbə bildirib ki, bu raket əməliyyatında azı səksən amerikalı terrorçu hərbçi öldürülüb, 200 nəfərdən çox hərbçi də yaralanıbdır.