ABŞ-a qarş aksiyalarda iştirak etmək İraq xalqı üçün vətənpərvərlik sınaqıdır
-
ABŞ-a qarş aksiyalarda iştirak etmək İraq xalqı üçün vətənpərvərlik sınaqıdır
İraqın Sünni Alimlər Birliyinin sədri İraq xalqının ABŞ-a qarşı aksiyalarda iştirak etməsini onlar üçün vətənpərvərlik sınaqı kimi qiymətləndirib.
ƏL-Məyadin telekanalının məlumatına əsasən, İraqın Sünni Alimlər Birliyinin sədri Şeyx Xalid Əl-Məla bütün iraqlıları ABŞ-ın bu ölkədə qeyri-qanuni varlığına qarşı milyonluq aksiyada iştirak etməyə çağırıb.
Bağdad və İraqın digər şəhərləri gələn cümə günü ABŞ-ın siyasətləri və hərbi qüvvələrinin bu ölkədə iştirakına qarşı böyük və misli görünməmiş aksiyanın şahidi olacaq.
Sədr Hərəkatının rəhbəri və İraq parlamentində Saerun fraksiyasını dəstəkləyən Müqtəda Sədr, Bədr Təşkilatının baş katibi və Həşdüş-Şəbə təşkilatına yaxın olan Əl-Fəth fraksiyasının sədri Hadi Əl-Amiri, Əsaib Əhl Əl-Haqq hərəkatının baş katibi Şeyx Qeys Əl-Xəzəli və İslami Müqavimət hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəbi İrqdın ən önəmli müqavimət və siyasi hərəkatları olaraq, yanvarın 4-də iraqlıları cümə günü aksiyasında milyonluq iştirakia çağırıblar.