Muhəmməd Tofiq Əlavi İraqın yeni baş naziri oldu
-
Muhəmməd Tofiq Əlavi İraqın yeni baş naziri oldu
İraqlı mənbələr Muhəmməd Tofiq Əlavinin İraqın yeni baş naziri kimi təqdim olunmasından xəbər verirlər.
İraqlı mənbələr bildiriblər ki, bu ölkənin prezidenti Bərhəm Salih bazar ertəsi günü gecə həftələrlə ölçüb-biçdikdən sonra Muhəmməd Tofiq Əlavini İraqın yeni baş naziri vəzifəsinə təqdim edibdir.
Deyilənlərə görə, Əlavi Salihin üç nəfərlik siyahısı arasından İraqın yeni baş naziri vəzifəsinə təyin edilibdir.
Əlavi 2003-cü ildən bəri iki çağırışda İraq parlamentinin üzvü olubdur. O, həmçinin Nuri Əlmalikinin hökumətində rabitə naziri olubdur.
İraqın baş naziri Adil Əbdulməhdi bu ölkənin bir neçə şəhərindəki xalq etirazlarından sonra istefa verdi və o zamandan yeni baş nazirin təyini və təqdiminədək onun hökuməti, “işlərin irəlilədilməsi hökuməti” adlandırılmışdı.
İraqın bəzi vilayətləri son aylar korrupsiya, iş yerlərinin olmaması və ictimai xidmətlərinin qeyri-münasib vəziyyətinə etiraz olaraq, aksiyaların keçirilməsinin şahididirlər. Lakin bu etirazlar son həftələrdə zorakılığa çevrilib. Nəticədə onlarla nəfər ölüb və yaralanıbdır.
Faktlar göstərir ki, İraqdakı aksiyalar təbii olmayıb və əcnəbilər onun formalaşmasında rol oynayıblar.