Yan 24, 2020 14:38 Asia/Baku
  • Sionist hərbçilər Məsciduləqsa-da fələstinli namazqılanlara hücum ediblər

Sionist hərbçilər bir daha Məsciduləqsa-da fələstinli namazqılanlara hücum edərək, onlardan bir qrupunu yaralayıblar.

Sionist hərbçilər bu gün səhər Məsciduləqsa-da fələstinli namazqılanlara tərəf gözyaşardıcı qaz və rezin güllələr işlədiblər.

Sionist qüvvələr bir qrup fələstinli namazqılanı həbs ediblər.

Məsciduləqsa Beytulmuqəddəsin islami və xristian mahiyyətini aradan götürmək və onları sionist simvollarla dəyişdirmək məqsədilə sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin meydansulama məkanına çevrilibdir.

Digər tərəfdən, sionist qəsəbə sakinləri işğal olunmuş Qüdsdə yerləşən Beyt-Səfafa bölgəsindəki ən qədim məscidi yandırıblar. Onlar məscidin divarları üzərinə rasist şüarlar yazıblar.

Teqlər

Şərhlər