Livan Hizbullahı İraq xalqının milyonluq yürüşnü alqışladı
-
Livan Hizbullahı İraq xalqının milyonluq yürüşnü alqışladı
Livan Hizbullahı İraq xalqının cümə günü keçirdiyi milyonluq yürüşünü onların bir daha ABŞ-ın işğalçılığına tam qarşı olduqlarının əlaməti adlandirib.
Mehr Xəbər Agentliyinin məlumatına görə, Livan Hizbullahı bir bəyanatda, İraq xalqına milyonluq toplantıya görə minnətdarlığını bildirib və onların bu geniş iştirakını ABŞ-ın işğalçılığı qarşısında birlik və yekdilliklərinin göstəricisi kimi qiymətləndirib.
İraqın paytaxtı Bağdad şəhəri dünən yanvarın 24-də səhər saatlarından ABŞ-ın işğalçılığına qarşı çıxan bu ölkə xalqının möhtəşəm nümayişinin şahidi idi.
İraqda İslami müqavimət hərəkatları, dini şəxsiyyətlər və bu ölkənin milli və siyasi rəhbərləri ABŞ hərbçilərinin İraqda mövcudluğuna qarşı aksiya keçirilən günü "milli suverenlik günü", bəziləri isə onu 1920-ci ilin inqilabı və müstəmləkəçi Britaniyanın İraq torpaqlarından biabırçı şəkildə çıxarılması günü kimi səciyyələndiriblər.
İraqda müqavimət rəhbərləri və rəsmilər bu ölkə xalqından Bağdadda keçirilən anti-amerikan aksiyada coşqu dolu və miyonluq iştiraklarına görə təşəkkür ediblər.