Yəmən Ənsarullahı İraq xalqının anti-Amerika aksiyalarını dəstəkləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356619-yəmən_Ənsarullahı_İraq_xalqının_anti_amerika_aksiyalarını_dəstəkləyib
Yəmən Ənsarullahı İraq xalqının Amerikanın bu ölkədəki hərbi fəaliyyətinə qarşı milyonluq aksiyalarını dəstəkləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2020 11:21 Asia/Baku
  • Yəmən Ənsarullahı İraq xalqının anti-Amerika aksiyalarını dəstəkləyib
    Yəmən Ənsarullahı İraq xalqının anti-Amerika aksiyalarını dəstəkləyib

Yəmən Ənsarullahı İraq xalqının Amerikanın bu ölkədəki hərbi fəaliyyətinə qarşı milyonluq aksiyalarını dəstəkləyib.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Yəmən Ənsarullahının sözçüsü Məhəmməd Əbdüssalam İraq xalqının ABŞ-ın bu ölkədəki hərbi fəaliyyətlərinə qarşı milyonluq etiraz aksiyasını yüksək qiymətləndirərək deyib: Bütün ərəb xalqları İraq xalqına dəstək verməlidirlər. 

Ənsarullah sözçüsü bəzi Ərəb ölkələrinin rəhbərlərini həqiqi müstəqilliyə düşünməyə və Amerika və İsrailə asılılıqdan çəkinməyə çağırıb. 

İraq paytaxtı Bağdad şəhəri dünən səhərdən xalqın Amerikanın bu ölkəyə qarşı işğalçılığının davamına qarşı misli görünməmiş etiraz aksiyalarının şahidi oldu.