Suriya ordusu İdlibdə inamla irəliləyir
-
Suriya ordusu İdlibdə inamla irəliləyir
Suriya ordusu dünən bu ölkənin şimalında yerləşən İdlib vilayətindəki irəliləyilşlərini davam etdirib və vilayətin şərqində yerləşən Cəvbas və Mərdix kəndlərini terrorçuların işğalından azad edə bilib.
Suriya ordusunun Cəvbas və Mərdix kəndlərini azad etmək üzrə əməliyyatları gedişində onlarla terrorçu ölüb və ya yaralanıbdır.
Bu ordu Cibhətunnusrə terror qrupunun işğalı altında və İdlibin ən böyük şərq şəhərlərindən olan Səraqib şəhərinə çatmaq üçün dörd kilometr irəliləməlidir.
Suriya ordusu ötən günlərdə də İdlib vilayətinin cənubu və şərqindəki bir neçə bölgəni terrorçuların işğalından çıxara bilmişdi.
İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır.
Atəşkəs İdlib vilayətində yerləşən terrorçular tərəfindən dalbadal pozulur. Buna görə, Suriya ordusu bu vilayəti terror qruplarının hökmranlığı altından azad etmək üçün bir neçə gün bundan öncədən həmin vilayətə doğru irəliləyişə başlayıb.