Fev 02, 2020 09:13 Asia/Baku
  • Adil Əbdül-Məhdi İraqın yeni baş nazirini təbrik edib
    Adil Əbdül-Məhdi İraqın yeni baş nazirini təbrik edib

İraqın istefa vermiş hökumətinin baş naziri Adil Əbdül-Məhdi bu ölkənin yeni baş naziri Məhəmməd Tofiq Əlavi ilə telefon əlaqəsi saxlayaraq, bu vəzifəyə seçilməsi münasibəti ilə onu təbrik edib.

İSNA-nın verdiyi məlumata görə, Əbdül-Məhdi bu telefon söhbətində Əlavi ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. 

Eyni zamanda Sədr cərəyanının rəhbəri Müqtəda Sədr də bir Tvittdə yeni baş naziri İraqın milli hakimiyyətini və müstəqilliyini mühafizə etməyə çağırıb. 

Məhəmməd Tofiq Əlavi dünən gedə bildirdi ki, İraqın prezidenti onu rəsmən baş nazir təyin edib və o yeni hökuməti təşkil etməlidir. 

Əlavi 2003-cü ildən iki dəfə deputat seçilib. 

O həmçinin Nuri Əl-Maliki hökumətində əlaqələr naziri vəzifəsində fəaliyyət göstərmişdir. 

Teqlər