Sionist rejim Qəzzə Zolağına hava zərbələri endirib
-
Sionist rejim Qəzzə Zolağına hava zərbələri endirib
KİV-lər Sionist rejimin bazar günü səhər saatlarında Qəzzə Zolağına hava zərbələri endirdiyini bildiriblər.
İRNA-nın KİV-lərə istinadla verdiyi məlumatına görə, Sionist rejim vertoliyotları bir neçə dəfə Qəzzə Zolağının şimalındakı "Beyt Lahia" bölgəsini hədəfə alıblar.
Çərşənbə günü yanvarın 29-u və cümə günü yanvarın 31-də də Qəzzə Zolağının mərkəzi və cənub hissələri Sionist rejimin hava hücumuna məruz qalıb.
Sionist İsrail rejiminin Qəzzə Zolağına hücumları elə bir halda həyata keçirilir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən yanvarın 28-də "əsrin sövdələşməsi" planının təqdim edilməsindən sonra bu zolaqda kütləvi etirazların şahidiyik.
Bu plana əsasən, Qüds tamamilə və İordan Çayinin Qərb Sahilindəki yaşayış məntəqələri Sionist rejimə verilir və fələstinli qaçqınların öz doğma torpaqlarına geri qayıtmaq hüquqları pozulur.
Fələstinin bütün hərəkat və qrupları bu plana qarşı olduqlarını açıq şəkildə bəyan ediblər.