Suriyanın şimal qərb bölgələrində növbəti ərazilər azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357085-suriyanın_şimal_qərb_bölgələrində_növbəti_ərazilər_azad_edilib
Suriya ordusu bu ölkənin şimal qərbində irəliləyişlərinin davamında İdlib vilayətinin şərqində iki qəsəbəni silahlı terrorçuların işğalından azad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2020 06:28 Asia/Baku
  • Suriyanın şimal qərb bölgələrində növbəti ərazilər azad edilib
    Suriyanın şimal qərb bölgələrində növbəti ərazilər azad edilib

Suriya ordusu bu ölkənin şimal qərbində irəliləyişlərinin davamında İdlib vilayətinin şərqində iki qəsəbəni silahlı terrorçuların işğalından azad edib.

İRNA-nın verdiyi məlumata görə, Suriya ordusu İdlibin şərqində Cubas və San qəsəbələrinə tam nəzarəti təmin edib. 

Suriya ordusu dünən də terrorçu qruplarla ağır toqquşmalardan sonra Xan Tuman istiqamətində Xəlsə kəndini də terrorçuların işğalından azad etdi. 

Başqa məlumata görə, təkfirçi terrorçular Hələbin qərbində jurnalistləri daşıyan 3 avtomobili hədəfə alıblar. Terrorçuların Xan Tumanın yaxınlığında Qələciyyə ərazisində müxbirlərin avtomobilinə hücumunda Əl-Kosər, Əl-Aləm, Qənat-Səma və İttica telekanallarının müxbirləri eləcə də Əl-Aləmin operatoru yaralanıblar. 

SURİYANIN ŞİMAL QƏRBİNDƏ İKİ QƏSƏBƏ AZAD EDİLİB