Ümumdünya Ərzaq Proqramı yəmənli didərginlərin durumu haqda xəbərdarlıq edib
-
Ümumdünya Ərzaq Proqramı yəmənli didərginlərin durumu haqda xəbərdarlıq edib
Ümumdünya Ərzaq Proqramı bildirib ki, minlərlə yəmənli toqquşmaların şiddətlənməsinin ardınca didərgindir və təcili yardımlara ehtiyaclıdır.
BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı dünən bir tvitter müraciətində vurğulayıb ki, Yəmənin Səna, Marəb və Əlcuf vialyətlərində hərbi döyüşlərin şiddətlənməsinin ardınca minlərlə yəmənli didərgin düşərək, öz ev-eşiyini tərk etməyə məcbur olubdur.
Ümumdünya Ərzaq Proqramı bildirib ki, bu orqan son iki həftə ərzində 9-cu bölgə, Marəb və Əlcuf bölgələrində təqribən 2500 yeni yəmənli köçgün ailəsinə konservləşdirilmiş qida maddələrinə şamil olan təcili və hazır yeməklər paylayıb.
Ərəbistan və müttəfiqləri 2015-ci ilin martından bir koalisiya formasında və ABŞ-ın dəstəyi altında Yəmənə qarşı geniş hücumlara başladı. Nəticədə indiyədək minlərlə yəmənli ölüb. BMT-nin məlumatına görə, bu ölkədə qıtlıq dünyada ən böyük insan faciəsinə çevrilibdir.