Suriya HHM qüvvələri sionist rejimin raket hücumuna cavab veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357278-suriya_hhm_qüvvələri_sionist_rejimin_raket_hücumuna_cavab_veriblər
Suriya mediaları bu gün səhər sionist rejimin Dəməşqin qərb ətrafına qarşı raket hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2020 10:11 Asia/Baku
  • Suriya HHM qüvvələri sionist rejimin raket hücumuna cavab veriblər
    Suriya HHM qüvvələri sionist rejimin raket hücumuna cavab veriblər

Suriya mediaları bu gün səhər sionist rejimin Dəməşqin qərb ətrafına qarşı raket hücumundan xəbər veriblər.

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri sionistlərin atdıqları bütün raketlərin izinə düşərək məhv ediblər.

Sionist rejim daima terrorçulara arxa durmaq üçün Suriya ordusunun mövqeləri və bu ölkənin infrastrukturlarını hədəfə alır.

Suriyadakı böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədikləri terror qruplarının geniş hücumları ilə başlanıb. Məqsəd, region parametrlərini sionist rejimin xeyrinə dəyişmək olubdur.

Suriya ordusu son zamanlar İranın hərbi məşvərətləri və Rusiyanın himayəsilə İŞİD terror dəstəsinin bu ölkədəki iştirakına son qoya bildi.

Digər terror dəstələri də məğlub olmaqdadırlar