İraqda aksiyaların dinc mahiyyətli olması vacibliyi vurğulanıb
İraqda Sədr cərəyanının sədri Muqtəda Sədr bu ölkədə keçirilən aksiyaların dinc mahiyyətli olmasının davam etməsini istəyib.
Muqtəda Sədr dünən axşamçağı tvitter-də etirazçılardan istəyibdir ki, yolları bağlamaq, ictimai əmlaka ziyan vurmaq və vətəndaşların yaşayışına xələl gətirməkdən çəkinsinlər.
Sədr cərəyanının sədri həmçinin aksiyaların daxildən idarə və sızan qüvvələrin rədd olunması, eləcə də İraqın ali dini mərcəyi Ayətullah Seyyid Əli Sistaninin tövsiyələrinə sədaqəti vurğulayıb.
İraq mərcəiyyəti ötən cümə günü bir açıqlamada zorakılıqdan çəkinməyə və bu ölkədə güclü hökumətin təşkili vacibliyinə təkid edibdir.
İraqın prezidenti Bərhəm Salih fevralın birində Muhəmməd Tofiq Əlavini bu ölkənin yeni baş naziri kimi təqdim etdi və ona nazirlər kabinetini təşkil etməyi tapşırdı. Bu seçimdən sonra İraqın müxtəlif bölgələrində zorakılığın yeni mərhələsi formalaşdı.
Muqtəda Sədrin himayədarları və əleydarları arasında toqquşma İraqdakı hazırkı zorakılıqların formalaşmasının amilidir. Ötən çərşənbə günü Nəcəf şəhərində Sədrin himayədarları olan göypapaqlılar ilə Sədrin əleydarları olan qırmızıpapaqlılar arasında baş vermiş toqquşmalarda azı 8 nəfər ölmüş və 100-dən çox nəfər də yaralanmışdı.