Fev 13, 2020 08:17 Asia/Baku
  • Sionist rejimi dəstəkləyən şirkətlər BMT-nin qara siyahısında

BMT-nin insan haqları bürosu sionist rejim qəsəbələri ilə ticarət əlaqələrinə malik olan 112 şirkətin adına şamil olan qara siyahını yayıb.

BMT-nin insan haqları bürosu dünən İordan çayının qərb sahilində yerləşən qanunsuz sionist qəsəbələrlə ticarət əlaqələrinə malik olan şirkətlərin qara siyahını yayıb.

BMT-nin bu orqanı bir açıqlamada bildirib ki, sionist rejimin Fələstin ərazilərində saldığı qəsəbələrlə mübadilə edən 112 ticarət şirkəti müəyyən edilərək, BMT-nin qara siyahısına salınıbdır.

Bu şirkətlərdən 94-ü işğal olunmuş Fələstində, 18-i isə altı ölkədə yerləşir.

BMT-nin insan haqları bürosu bu açıqlamada vurğulayıb ki, sionist qəsəbəsalmalar beynəlxalq hüquq normalarına görə, qanunsuz hesab olunurlar.

600 mindən çox sionist İordan çayının qərb sahilinin işğal olunmuş bölgələrində və Qüdsün şərqindəki qanunsuz qəsəbələrdə yaşayır.

Sionist rejim sionistsakinli qəsəbələr salmaqla Fələstin bölgələrinin əhali strukturunu dəyişmək və bu bölgələri sionistləşdirmək niyyətindədir ki, özünün işğalçılıq və hökmranlıq hədəflərini təsbit edərək, həyata keçirsin.

 

Teqlər