Sionist qəsbkarlar fələstinli əkinçilərə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358184-sionist_qəsbkarlar_fələstinli_əkinçilərə_hücum_ediblər
Sionistlər xüsusən qərb sahili və Qəzzə bölməsində fələstinlilərə maksimum təzyiq göstərmək üçün daima güc vasitələri və silahdan istifadə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2020 13:52 Asia/Baku
  • Sionist qəsbkarlar fələstinli əkinçilərə hücum ediblər
    Sionist qəsbkarlar fələstinli əkinçilərə hücum ediblər

Sionistlər xüsusən qərb sahili və Qəzzə bölməsində fələstinlilərə maksimum təzyiq göstərmək üçün daima güc vasitələri və silahdan istifadə ediblər.

Onlar Fələstin ərazilərini işğal etməklə bu diyarın xalqının asayişi və dincliyini oğurlayıblar. Belə ki, bu işğalçılıq fələstinlilərin əkin sahələrinə də gəlib çatıb və hazırda onların əkin işlərinə də mane olublar.

Bu torpaq fələstinlilərin torpağıdır. Qərb sahilinin şimalında “Əsir-əl-Qiblə” bölgəsinin sakinləri zeytun əkməyə gəliblər, amma işğalçı rejimin hərbçiləri onlara hücum ediblər.

İşğalçılar bu bölgənin torpaqlarına yiyələnmək və onu müsadirə etmək üçün bu ərazilərin yaxınlığında yerləşən “İttisa” qəsəbəsini salıblar.

Kişi: Biz buradayıq, çünkü bu torpaqlar bizə aiddir. Bura bizim əcdadımızın torpağıdır. Bura, Fələstin ərazisidir. Zeytun əkməyə və işğalçıları çıxarmağa gəlmişik.

Kişi: Bu kişi torpağı saxta sionist rejim təsis edilməzdən öncə babasından irs alıb. Torpağın sahiblərindən bir qrupu qəsbkar hərbçilərin hücumunda yaralanıbdır. Onlar boş əl ilə yaraqlı hərbçilər qarşısında dayanıblar.

Kişi: Bu, bizim torpağımızdır. Onlar buradan çıxıb getməlidirlər.