Livan Hizbullahı bəyanat verib
Livan Hizbullahı sionist rejimin Fələstin İslmi Cihad Hərəkatının komandanlarını hədəfə almaq cəhdlərini pisləyib.
İRNA-nın verdiyi məlumata görə, Lİvan Hizbullahı bir bəyanat yeyaraq bildirib ki, sionist rejimin son cinayətidnə İslami Cihad Hərəkatının mərkəzinin bombalanması və bu hərəkatın üzvlərinin şəhid edilməsi müqavimət qüvvələrinin Fələstinin işğal olunmuş torpaqları və müqəddəslərinin azad edilməsi uğrundakı əzmkarlığını iki qat artıracaq.
Livan Hizbullahı həmçinin beynəlxalq təşkilatlar və dövlətlərin sionist rejimin cinayətlərinə qarşı susqunluğunu pisləyib və bildirib ki, Hizbullah dünyanın bütün şərəfli insanlarını sionist rejimin cinayətlərini pisləməyə çağırmaq fəryadlarını ucaldacaq.
Sionist rejimin Fələstin İslami Cihad Hərəkatının Dəməşqdəki mövqelərinə qarşı dünənki hücumunda Əl-Qüds batalyonları qüvvələrindən iki nəfər şəhid olub.
Eyni zamanda sionist rejim hərbçiləri bazar günü vəhşi hərəkətdə Qəzzə zolağının cənubunda fələstinli gənc Məhəmməd Ənnaemi şəhid etdikdən sonra buldozerlə onun cənazəsinin üzərindək keçib.