Suriya ordusu İdlib bölgəsinin cənubunda irəliləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358296-suriya_ordusu_İdlib_bölgəsinin_cənubunda_irəliləyir
Suriya ordusu İdlibin cənub çevrəsində terrorçuların mövqelərini dağıdaraq, Məarətül-Sin kəndinə nəzarəti ələ keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2020 10:37 Asia/Baku
  • Suriya ordusu İdlib bölgəsinin cənubunda irəliləyir
    Suriya ordusu İdlib bölgəsinin cənubunda irəliləyir

Suriya ordusu İdlibin cənub çevrəsində terrorçuların mövqelərini dağıdaraq, Məarətül-Sin kəndinə nəzarəti ələ keçirib.

Mehr Xəbər Agentliyinin məlumatına əsasən, Suriyanın dövlət qüvvələri bu əməliyyatda Cəbhətün-Nüsrə terrorçularından bir neçəsini məhv edib və yaralayıblar.

İdlib vilayəti terrorçuların Suriyada son düşərgəsidir.

Başqa bir məlumata görə, Türkiyənin dəstəklədiyi terrorçular Suriyanın şimal-şərqində yerləşən Əl-Həsəkə və Təl-Təmur şəhərlərinin içməli suyunu kəsiblər.

Suriya ordusunun İdlib, Hələb və Əl-Həsəkə vilayətlərinin bəzi yerlərinə nəzarəti təmin etməsindən sonra Türkiyə ordusu son günlər terrorçulara dəstək vermək məqsədilə dəfələrlə Suriya ordusunun mövqelərinə zərbələr endirərək, onlarla toqquşub.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan xəbərdarlıq etmişdi ki, Suriya ordusu azad etdiyi bölgələrdən geri çəkilməyəcəyi təqdirdə, qonşu ölkəyə hücum əmri verə bilər.