82 İŞİD-çi uşaq İraqdan Azərbaycan R-na qaytarılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358794-82_İŞİd_çi_uşaq_İraqdan_azərbaycan_r_na_qaytarılıb
İraq xarici işlər nazirliyinin sözçüsü bildirib ki, 82 İŞİD-çi uşaq İraqdan Azərbaycan Respublikasına geri qaytarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2020 15:22 Asia/Baku
  • 82 İŞİD-çi uşaq İraqdan Azərbaycan R-na qaytarılıb
    82 İŞİD-çi uşaq İraqdan Azərbaycan R-na qaytarılıb

İraq xarici işlər nazirliyinin sözçüsü bildirib ki, 82 İŞİD-çi uşaq İraqdan Azərbaycan Respublikasına geri qaytarılıb.

Əhməd Əlsəhhaf bu gün deyib ki, analarının kənarında İraq zindanlarında saxlanılan azəri uşaqlar öz ölkələrinə geri qaytarılıblar.

Əlsəhhaf söyləyib ki, İŞİD-çi azəri qadınlar bu terror qrupuna üzv olduqlarına görə, hələ də zindandadırlar.

İraq xarici işlər nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İŞİD-ə üzv 828 uşaq İraqdan öz ölkəsinə geri dönüb.

İŞİD bəzi xarici ölkələrin və daxili ünsürlərin himayəsilə 2014-cü ilin iyununda İraqa girdi və bu ölkə ərazisinin üçdə birini əlinə keçirə bildi.

İŞİD terror qrupunun üzvlərini müxtəlif ölkələrin vətəndaşları təşkil edirlər.

 

82 İŞİD-Çİ UŞAQ AZƏRBAYCAN R-NA GERİ QAYTARILIB