Mart 08, 2020 20:45 Asia/Baku
  • 4-cü səud şahzadəsi həbs olunub

Ərəbistanın monarxiya xanədanına yaxın məlumatlı mənbələr bu ölkə vəliəhdinin göstərişilə 4-cü səud şahzadəsinin həbs olunmasından xəbər veriblər.

Ərəbistan ordusunun sabiq kəşfiyyat rəisi olmuş 4-cü səud şahzadəsi Naif bin Əhməd bu ölkə vəliəhdi Muhəmməd bin Salmanın göstərişilə həbs olunubdur.

Cümə günü də səudiyyə kralının qardaşı şahzadə Əhməd bin Əbduləziz, Ərəbistanın keçmiş vəliəhdi Muhəmməd bin Naif və onun kiçik qardaşı Nəvaf bin Naif xəyanət ittihamı ilə həbs olunmuşdular.

"Middle East I" ingilis qəzeti agah mənbələrə istinadla həbs olunanların edama və ya ömürlük həbsə məhkum olunacaqları ehtimalından xəbər verib.

Ərəbistanın monarxiya xanədanına yaxın məlumatlı mənbələrin bildirdiklərinə görə, son həbslər Muhəmməd bin Salmanın krallıq ailəsi üzvlərinin ona qarşı fitnələrindən qorxuya düşdüyünü göstərir və səud vəliəhdi hər bir yolla ehtimal olunan hər bir müxalifi aradan götürməyə çalışır.

Bundan öncə də Muhəmməd bin Salman 200-dən çox şahzadə və səud siyasətçisini həbsə atmış və həbs olunanlardan yüz milyard dollardan yuxarı pul almışdı.

 

4-CÜ SƏUD ŞAHZADƏSİ HƏBS OLUNUB

Teqlər