Sionistlər Qüdsün fələstinli sakinlərinin gediş-gəlişlərini əngəlləyirlər
Sionist rejim tədbirlər görərək, Qüds şəhərinin fələstinli sakinlərinin gediş-gəlişlərini əngəlləyir.
Sionist rejim hərbçiləri və bu rejimin sərhəd qvardiyası qüvvələri koronavirus pandemiyasını bəhanə gətirərək, real bölgüyə başlayıblar. Onlar 1967-ci ildə işğal olunmuş ərazilərin xəttindən qalmış bölgədə çox sayda yoxlama-buraxılış məntəqəsi yaradıb və bir çox ərəb sakini Qüdsün şərq hissəsinə qaytarıblar.
Sionist rejim sabahdan etibarən, Qüdsün məhəllələrini qərb sahilindən tam şəkildə ayırmaq niyyətindədir. Bu rejim divarın arxasında yaşayan şəxslərin və sionist rejimin kimlik vərəqəsinə malik olan Qüds sakinlərinin şəhərə daxil olmalarına, həmçinin Qüds sakinlərinin Fələstin muxtariyyətinin hakimiyyəti altında olan bölgələrə getmələrinə icazə vermək istəmir.
Qərb sahili və Şərqi Qüds dünən nisbətən sakit idi, zira fələstinlilər Fələstin səhiyyə nazirliyinin təlimatlarına əməl edirdilər. Onlar sionist qəsəbə inşasına qarşı dinc həftəlik yürüş və aksiya keçirmək və güc tətbiq etməkdən çəkiniblər.
QÜDSDƏ FƏLƏSTİNLİLƏRİN GEDİŞ-GƏLİŞİ ƏNGƏLLƏNİR