Mart 28, 2020 13:01 Asia/Baku
  • Sionist rejim qırıcıları Qəzzənin şimalına hücum ediblər
    Sionist rejim qırıcıları Qəzzənin şimalına hücum ediblər

Fələstinli mənbələr sionist rejim qırıcılarının Qəzzənin şimalına hücum etmələrindən xəbər veriblər.

Sionist rejim qırıcıları bu gün səhər tezdən üç dəfə Qəzzə zolağının şimalını və Beyt Lahiya şəhərini hədəfə alıblar.

Bundan öncə sionist medialar Qəzzə zolağının ətrafında təhlükə siqnalının səslənməsindən xəbər vermişdilər.

Yerli mənbələr də Qəzzənin şimalında partlayış səsinin eşidilməsindən xəbər verdilər.

Sionistlərin Qəzzə zolağına hücumu elə bir halda baş verir ki, dünyanın bütün bölgələri kimi bu bölgədə də koronavirus yayılıb. Lakin Qəzzənin müalicə mənbələri sionist rejimin birneçəillik mühasirəsinə görə, onunla mübarizə üçün lazımi avadanlıqlara malik deyillər və həmin bölgədə insan böhranın baş verməsi imkanı var.

SİONİST REJİM QIRICILARI QƏZZƏNİN ŞİMALINA HÜCUM EDİBLƏR

Teqlər