Apr 23, 2020 08:56 Asia/Baku
  • Əgər sionist rejim yeni əraziləri birləşdirərsə, bütün müqavilələr ləğv ediləcək

Fələstin muxtariyyətinin başçısı ABŞ-a və sionist rejimə xəbərdarlıq edibdir ki, əgər Fələstin ərazilərindən yeni hissələr işğal olunmuş ərazilərə qatılarsa, bütün müqavilələr ləğv ediləcəkdir.

Mahmud Abbas dünən bildirib: Tezliklə öz sabit milli prinsiplərimiz və hüquqlarımızı qorumaq üçün zəruri tədbirlər görəcəyik. O, xəbərdarlıq edib: Ölkəmizin hər bir hissəsinin sionist rejimə qatılacağı halda, buna oturub baxmayacağıq.

Sionist rejimin baş naziri Benyamin Netanyahu və «Mavi və ağ» koalisiyasının sədri Beni Qants bazar ertəsi günü koalisiya hökumətinin təşkili barədə razılığa gəldilər. Onların razılaşdıqları məsələlərdən biri də İordan dərəsi və qərb sahilində yerləşən sionist qəsəbələrin birləşdirilməsinin iyul ayından başlanmasıdır.

MAHMUD ABBASDAN ABŞ VƏ SİONİST REJİMƏ XƏBƏRDARLIQ

Teqlər