Sionistlər arasında COVID-19-a yoluxanların sayı artıb
Sionist rejimin səhiyyə nazirliyi işğal olunmuş Fələstin ərazilərində COVID-19-a yoluxmanın artmasından xəbər verib.
Sionist rejimin səhiyyə nazirliyi bu gün bildirib ki, ötən sutka ərzində işğal olunmuş ərazilərdə daha 193 nəfər koronavirusa yoluxub; bu da dünənə nisbətən nəzərəçarpacaq artımdan xəbər verir.
Sionist rejimin səhiyyə nazirliyi bildirib ki, koronavirusa yeni yoluxma hallarının qeydə alınması ilə işğal olunmuş Fələstin ərazilərində bu virusa yoluxanların sayı 15 min 782 nəfərə çatıb və onlardan 120 nəfərin vəziyyəti ağırdır.
Həmçinin daha dörd nəfərin ölümü ilə işğal olunmuş Fələstin ərazilərində ölənlərim sayı 212 nəfərə çatıbdır.
Bundan öncə sionist rejimin səhiyyə nazirliyinin məsul şəxsləri bildirmişdilər ki, Təl-Əviv işğal olunmuş Fələstində koronavirus pandemiyası prosesinə nəzarət üçün geniş şəbəkənin yaradılmasından və bu virusa yoluxma üzrə çox sayda testin keçirilməsindən ötrü lazımi tədbirlər görməyib və onun ikinci dalğasına hazır deyildir.
SİONİSTLƏR ARASINDA COVID-19-A YOLUXANLARIN SAYI ARTIB