May 05, 2020 09:46 Asia/Baku
  • İŞİD ünsürlərini Suriyadan İraqa ABŞ vertolyotları daşıyırlar

İraqda Əlnəcba islami müqavimət hərəkatı bir video yayaraq, İŞİD ünsürlərinin Suriyadan İraqa ABŞ vertolyotları ilə daşındıqlarını ifşa edib.

İraqda Əlhəşduşşəbi Təşkilatının termoqrafik kameraları ilə çəkilmiş bu filmdə bir neçə ABŞ vertolyotu gecə ilə İŞİD ünsürlərini Suriyadan İraqa köçürür.

Əlhəşduşşəbi Təşkilatının 26-cı qoşununun komandanı Qasim Əlməmuri Amerikanın terrorçu hərbçilərinin İŞİD terror qrupu ünsürləri ilə əlbir olmalarına işarə edib və belə deyib: Mövcud olan informasiyalar göstərir ki, İŞİD terror qrupu Amerikanın köməyilə Babil də daxil olmaqla İraqın bir neçə vilayətində öz fəaliyyətini bərpa edibdir.

İŞİD ÜNSÜRLƏRİNİ SURİYADAN İRAQA ABŞ VERTOLYOTLARI KÖÇÜRÜRLƏR

Teqlər