BMT Yəməndə 48 min hamilə qadının ölüm təhlükəsi haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361480-bmt_yəməndə_48_min_hamilə_qadının_ölüm_təhlükəsi_haqda_xəbərdarlıq_edib
BMT-nin Əhali Fondu Yəməndə səhiyyə və müalicə mərkəzlərinin bağlanması və maliyyə mənbələri çatışmazlığına görə, bu ölkədə 48 min hamilə qadının ölüm təhlükəsi haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2020 14:50 Asia/Baku
  • BMT Yəməndə 48 min hamilə qadının ölüm təhlükəsi haqda xəbərdarlıq edib

BMT-nin Əhali Fondu Yəməndə səhiyyə və müalicə mərkəzlərinin bağlanması və maliyyə mənbələri çatışmazlığına görə, bu ölkədə 48 min hamilə qadının ölüm təhlükəsi haqda xəbərdarlıq edib.

BMT-nin Əhali Fondunun icraçı direktoru Nataliya Kanem Nyu-York vaxtı ilə dünən gecə bir açıqlamada bildirib ki, Yəməndə 48 min hamilə qadının həyatını xilas etmək üçün cari milad ilinin sonunadək 59 milyon dollar dəyərində təcili maliyyə yardımı vacibdir.

Yəmən beş ildən çoxdur ki, səud koalisiyasının hücumlarının atəşi altındadır və bu müddət ərzində minlərlə yəmənlinin ölməsi və yaralanmasından əlavə, bu ölkənin infrastrukturları, xüsusən onun tibb və səhiyyə infrastrukturları məhv olub və ya son dərəcə ziyan çəkibdir.

Hazırda koronavirusun və digər xəstəliklərin yayılması ilə Yəmən xalqını daha faciəli bir şərait gözləyir.

YƏMƏNDƏ 48 MİN HAMİLƏ QADININ ÖLÜM XƏTƏRİ HAQDA BMT-DƏN XƏBƏRDARLIQ