May 08, 2020 12:56 Asia/Baku
  • Səud koalisiyasının Yəmənə hücumları səngimir

Yəmən silahlı qüvvələrinin sözçüsü dünən gecə bildirib ki, təcavüzkar səud koalisiyası Yəməndə atəşkəsin bərqərar olduğunu iddia etsə də ötən bir həftə ərzində 110 dəfə Yəmənin müxtəlif vilayətlərini bombalayıb və on bir quru hücumu həyata keçiribdir.

Yəhya əl-Səri belə qeyd edib: Təcavüzkar səud koalisiyasının qüvvələri son bir həftə ərzində 11 quru hücumu əməliyyatı keçiriblər. Onlar Yəmənin Əlzalə, Əlbiyza, Marəb və Əlcuf vilayətlərində və sərhəd cəbhələrində irəliləməyə çalışıblar.

Yəmən silahlı qüvvələri sözçüsünün bildirdiyinə görə, təcavüzkar səud koalisiyasının qırıcıları da Yəmənin Səna, Səədə, Əlzalə, Əlbiyza, Marəb və Əlcuf vilayətlərini son bir həftə ərzində 110 dəfə bombalayıblar.

Yəhya əl-Səri sonra belə qeyd edib: Səud koalisiyası aprelin 9-dan bəri Yəmənə qarşı 76-dan çox quru hücum əməliyyatı və 810-dan çox hava hücumu keçiribdir.

SƏUDLARIN YƏMƏNƏ HÜCUMLARI DAVAM EDİR

Teqlər